“Frankofoniya həftəsi” başa çatıb
Bakıda "Frankofoniya həftəsi"nin bağlanış mərasimi keçirilib.
Rumıniyanın Azərbaycandakı səfirliyindənverilən məlumata görə, tədbirdə diplomatik korpus təmsilçiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez "Frankofoniya həftəsi"nin Azərbaycanda bu il böyük maraqla qarşılandığını bildirib.
Mərakeş Krallığının səfiri Həsən Hami və Yunanıstan səfiri Dmitrios Tsungas isə tədbirə göstərilən yüksək marağa görə təşəkkür ediblər.
Öz növbəsində Rumıniya səfiri Daniel Kristian Çiobanu "Frankofoniya həftəsi"nin Azərbaycanda yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib. O, həmçinin, Azərbaycanın Rumıniyanın strateji tərəfdaşı olduğunu qeyd edib.
Sonda Frankofoniya təşkilatlarına üzv dövlətlərin ( Fransa, Mərakeş, Yunanıstan, İsveçrə, Belçika, Litva, Misir ) ənənəvi mətbəx nümunələri təqdim edilib.
Mediainfo.az



























































































