Rusiya ordusu Nikolayev şəhərinə “Smerç” yağdırır
Bu gün martın 7-də səhər saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini “Smerç” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutur. Ukrayna mənbələri bildirir ki, şəhərin hər yerindən şiddətli partlayış səsləri eşidilir, dinc əhali arasında ölən və yaralananların sayı barədə məlumat yoxdur.
Xatırladaq ki, dünən Rusiyanın desant qüvvələri Ukraynanın Nikolayev vilayətini tərk etməyə məcbur olublar.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd edilir ki, Rusiya hərbçiləri texnikanı atıb gediblər.
Baş Qərargah ələ keçirilən texnikanın videosunu da yayıb.
Digər xəbərlər



















































































