Xersona ruslar nəzarət edir, amma hələ də çoxsaylı texnika itirir-Video

Xersona ruslar nəzarət edir, amma hələ də çoxsaylı texnika itirir-Video

7 Mart 2022 21:40
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynalı jurnalist Aleksey Bratuşak özünün sosial media hesabında Rusiya ordusunun nəzarətində olan Xerson şəhəri ətrafından ötən gün çəkilmiş videokadrları paylaşıb. Həmin kadrlarda Ukrayna ordusunun çoxsaylı Rusiya hərbi texnikasını necə məhv etdiyi görünür.

“Rusları Xersonda belə parça-parça ediblər. Bu unikal videodur. Onu işğalçıların nəzarət etdiyi ərazilərdə dünən çəkiblər. Xerson vilayəti, dağıdılmış və atılmış hərbi texnika, toplar”, - jurnalist bildirir.