NATO-nun baş katibi Rusiyaya xəbərdarlıq etdi: “Ukrayna işğala məruz qalıb, ona yardım edirik və edəcəyik"

NATO-nun baş katibi Rusiyaya xəbərdarlıq etdi: “Ukrayna işğala məruz qalıb, ona yardım edirik və edəcəyik"

9 Mart 2022 21:04
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-nun baş katibi xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya silah və sursatla dəstək verən müttəfiq ölkələrin təchizat xətlərinə hücumu müharibənin təhlükəli eskalasiyasına gətirəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Yens Stoltenberq çərşənbə axşamı CBC News-a müsahibəsində deyib.

“Müttəfiqlər Ukraynaya BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququnu müdafiə etməkdə kömək edirlər”, - Stoltenberq bildirib.

O vurğulayıb ki, Rusiya işğalçıdır, Ukrayna isə özünü müdafiə edən tərəf.

Stoltenberq xüsusilə vurğulayıb ki, Rusiya Federasiyası hər hansı bir NATO ölkəsinə və ya NATO ərazisinə hücum edərsə, bu, 5-ci maddənin aktivləşməsinə gətirib çıxaracaq. Şimali Atlantika Müqavilənin həmin maddəsi alyansın bir üzvünə hücumun bütün 30 üzv ölkəyə hücum olduğu kimi müəyyən olunur.

“Mən tam əminəm ki, prezident Putin bundan xəbərdardır və biz səhv hesablamalar, NATO ərazisinin hər qarışını qorumaq öhdəliyimizi anlamamaq üçün bütün əsasları aradan qaldırırıq”, - Stoltenberq bildirib.