Özbəkistan qondarma respublikaları tanımır və Ukraynaya dəstəyi davam etdirəcək

Özbəkistan qondarma respublikaları tanımır və Ukraynaya dəstəyi davam etdirəcək

17 Mart 2022 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

“Biz Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Biz Luqansk və Donetsk "respublika"larını tanımırıq”.

Oxuməni.az xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ölkə Senatının plenar iclasında deyib.

“Birincisi, Ukrayna ətrafındakı vəziyyət Özbəkistanda ciddi narahatlıq yaradıb. İkincisi, Özbəkistan vəziyyətin və münaqişənin sülh danışıqları və diplomatik yollarla həllinə sadiqdir. Bunun üçün ilk növbədə düşmənçilik və zorakılıq dərhal dayandırılmalıdır”, - o bildirib.

XİN başçısı Özbəkistanın milli maraqlarından irəli gələrək hər iki ölkə ilə əlverişli əməkdaşlığı davam etdirəcəyini söyləsə də, Ukraynaya dəstək olacağını da vurğulayıb.

“Biz belə çətin günlərdə Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyik”, - nazir bildirib.