Rusiyanın 18 şəhərində müharibə əleyhinə etirazlar  keçirildi, həbs edilənlər var

Rusiyanın 18 şəhərində müharibə əleyhinə etirazlar keçirildi, həbs edilənlər var

3 Aprel 2022 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 2-də Rusiyanın 18 şəhərində Ukraynadakı müharibəyə etirazlar zamanı azı 214 nəfər saxlanılıb.

Bu barədə aprelin 3-də səhər saatlarında “OVD-İnfo” hüquq müdafiə layihəsi məlumat verib.

Müharibə əleyhinə aksiyaların iştirakçılarının əksəriyyəti Moskvada (80). Sankt-Peterburqda (79) saxlanılıb.Həbslər Novosibirsk (15), Yekaterinburq (12), Kirov (8), Nijni Novqorod, Perm (hər birində üç), Krasnodar, Samara, İrkutsk (hər birində iki), Kemerovo, Xabarovsk, Omsk, Kursk və Tula (hər birində bir), həmçinin Ufa, Bor, Xantı-Mansiyskdə də baş tutub. Hüquq müdafiəçiləri qeyd edirlər ki, bazar günü saat 8.21-ə olan məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bəzi şəxslərin yeri məlum deyil. Rusiyanın telegram-kanalları etiraz aksiyalarının bir sıra videolarını dərc edib. Etirazçılar müharibə əleyhinə aksiyalar üçün əsasən “Müharibəyə yox” və “Dünyada sülh” yazıları olan plakatlardan istifadə ediblər.moderator.az