"Donbas uğrunda sona qədər savaşacağıq" - Ukrayna rəsmisi

"Donbas uğrunda sona qədər savaşacağıq" - Ukrayna rəsmisi

11 Aprel 2022 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

“Putinin ordusu Donbası tam işğal etmək istəyir. Bunun qarşısını almaq üçün sona qədər mübarizə aparacağıq ki, bu da böyük insan tələfatı və iqtisadiyyat itkilərlə nəticələnəcək”.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, nə Ukrayna xalqı, nə ordusu, nə də prezident Donbası ələ keçirmək variantına dözməyəcək.

“Bu şərtlərlə sülh müqaviləsi imzalanmayacaq, müharibə davam edəcək. Biz davam edəcəyik, müharibə dayanmayacaq. Rusiyanın alacağı bir şey yoxdur. Bu halda çox qan töküləcək, əlavə səylər olacaq, iqtisadiyyat üçün böyük problemlər yaranacaq. Və biz yavaş-yavaş, millimetr-millimetr, qanla, qırılan dişlərlə bu üstünlüyü əldə edəcəyik. Bu torpaqlara gələn hər kəsi məhv edənə qədər davam edəcəyik”, - Ukrayna Prezident Administrasiyasının rəsmisi deyib.