Paşinyan arvadı və qızı ilə Putinlə görüşə gedib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə çıxıb.
Oxuməni.az xəbər verir ki, səfərdə onu həyat yoldaşı və qızı müşayiət edir.
Dekabrın 26-27-də davam edəcək səfər çərçivəsində Paşinyan MDB-yə üzv dövlətlərin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmayıb.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər