Gözəllik salonlarının bir ay ərzində bağlanması əmr edilib

Gözəllik salonlarının bir ay ərzində bağlanması əmr edilib

5 İyul 2023 08:47
Bəyəndim (0) Bəyənmədim (0)

Taliban Əfqanıstandakı gözəllik salonlarının bir ay ərzində bağlanmasını əmr edib. Əvvəllər hamam, idman zalları, park və bağları qadınların istifadəsinə bağlayan Taliban bu dəfə gözəllik salonlarını qadınların gündəlik həyatından çıxarıb.

Taliban administrasiyası qadınların gedə biləcəyi ictimai yerləri daha da daraltmaqla Əfqanıstanda gözəllik salonlarının bağlanmasına göstəriş verib.

Administrasiyanın sözçüsü açıqlamasında bildirib ki, gözəllik salonlarının bağlanması üçün 1 ay vaxt verilib.

2001-ci ildə ABŞ-ın işğalından sonra Taliban nəzarəti itirdiyindən paytaxt Kabildə və bir çox başqa şəhərlərdə gözəllik salonları bir-birinin ardınca açılıb.

2021-ci ilin avqustundan, Taliban nəzarəti bərpa etdikdən sonra qadınlar üçün sosial məkanları qadağan etməkdədir.

Murad Şahməmməd