Rusiya xəbərdarlıq edib: İsveçin NATO-ya daxil olmasına sərt cavab verəcəyik

Rusiya xəbərdarlıq edib: İsveçin NATO-ya daxil olmasına sərt cavab verəcəyik

11 İyul 2023 21:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İsveçin NATO-ya daxil olması üçün cavab tədbirləri planlaşdıracaq.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, İsveç bununla da özünü Rusiyanın nüvə silahı hədəfinə çevirib.

İsveçin NATO-ya daxil olmasının Rusiya Federasiyasının təhlükəsizliyi üçün nəticələrindən danışan Kreml sözçüsü onların "birmənalı olaraq mənfi" olacağını qeyd edib.

Peskov qeyd edib ki, Rusiya buna cavab olaraq "Finlandiyanın artıq həyata keçirdiyi kontekstdə layihələndirilən və planlaşdırılan tədbirlərə bənzər tədbirlər görəcək".

Əziz Mustafa, Oxuməni.az