Lavrov F-16-nın Ukraynaya verilməsini Rusiya üçün “nüvə təhlükəsi” adlandırıb

Lavrov F-16-nın Ukraynaya verilməsini Rusiya üçün “nüvə təhlükəsi” adlandırıb

13 İyul 2023 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

F-16 qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi Rusiya tərəfindən Qərbdən gələn nüvə təhlükəsi kimi qiymətləndiriləcək.

Oxuməni.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına müsahibəsində bildirib.

“Hərbi əməliyyatlar zamanı hərbçilərimiz müəyyən edilmiş tipli hər bir xüsusi təyyarənin nüvə silahının çatdırılması üçün təchiz edilib-edilmədiyini anlaya bilməyəcək. Ukrayna Silahlı Qüvvələrində belə sistemlərin meydana çıxması faktı bizim tərəfimizdən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək”, - deyə Lavrov bəyan edib.

Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı sualı cavablandıran Lavrov xatırladıb ki, bu cür silahlardan istifadə ssenariləri Rusiya Hərbi Doktrinasında aydın şəkildə müəyyən edilib. "Eyni zamanda, diqqəti cəlb etmək istərdim ki, ABŞ və onun NATO vassalları Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bu, fəlakətli nəticələrlə doludur", -deyə nazir əlavə edib.

Əziz Baş Göynüklü