Kim Çen Inın raketi Rusiyanın iqtisadi zonasına düşüb
Şimali Koreyanın iyulun 12-də buraxdığı ICBM Rusiyanın eksklüziv iqtisadi zonasında dənizə düşüb.
Oxuməni.az xəbər verir ki, bunu BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xalid Hiari BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
Hiarinin sözlərinə görə, Koreya raketi min kilometrdən çox uçaraq 6648 kilometr yüksəkliyə çatıb. Uçuş təxminən 74 dəqiqə davam edib. Raketin qəzaya uğradığı yer Rusiya sahillərindən 380 kilometrdən az məsafədədir.
Şimali Koreya və Rusiya bu məlumatı şərh etməyiblər. Şimali Koreya sözçüsü bildirib ki, “Hvason-18” raketi “düşmən qüvvələrin təhlükəli hərbi hərəkətlərinin qarşısını almaq üçün özünümüdafiə hüququnun bir hissəsi kimi” buraxılıb.
BMT baş katibinin köməkçisi həmçinin xəbərdarlıq edib ki, Şimali Koreya raketləri "Yer kürəsinin əksər nöqtələrinə çata bilər".
Əziz Salamoğlu