Prezident Ərdoğan ilə Şahzadə Selman arasında danışıqlar keçirilib
Prezident Ərdoğan Səudiyyə Ərəbistanında rəsmi mərasimlə qarşılanıb. Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanının Ciddə şəhərində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman tərəfindən rəsmi mərasimlə qarşılanıb. Vəliəhd Selmanla birlikdə paradı izləyən Ərdoğan əsgərləri salamlayıb. İki ölkə nümayəndə heyətlərinin təqdimatından sonra Ərdoğan və Selman heyətlər arasında keçirilən görüşə gediblər.
Əl-Salam Sarayına gəldikdən sonra vəliəhd şahzadə Məhəmməd Bin Salman Ərdoğanı rəsmi avtomobilindən enərkən qarşılayıb. Ərdoğan və Selman mərasim sahəsində yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib…
Murad Şahməmməd
Digər xəbərlər