"Vaqnerçilər" üsyanda iştirak etməkdən imtina etdikləri üçün güllələniblər
Rusiyanın Voronej vilayətində Vaqner PMC-nin muzdluları iyunun 24-də silahlı üsyana qatılmaqdan imtina etdiklərinə görə güllələniblər.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatlara görə, müstəntiqlər iki nəfəri güllələməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirə biliblər. İyulun 17-də hüquq-mühafizə orqanlarının əməkdaşları 25 yaşlı Qırğızıstan vətəndaşı Yaroslav Şexovtsovu saxlayıblar.
Dindirmə zamanı o, özünün də Vaqner PMC döyüşçüsü olduğunu bildirib və etiraf edib ki, iki nəfər üsyanda iştirakdan imtina etdikləri üçün iyunun 24-də öldürülüblər.
Yaxın vaxtlarda Şexovtsova barəsində həbs-qətimkan tədbiri seçiləcək. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.
Əziz Mustafa
Digər xəbərlər