Serbiya Türkiyə ilə mübahisə etməməyə çağırıb
Serbiyanın müdafiə naziri Miloş Vuçeviç Türkiyəni əsas regional oyunçu adlandırıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, o qeyd edib ki, Belqrad və Ankara arasında hər hansı münaqişə Serbiyanın milli maraqlarına xidmət etməyəcək.
Vuçeviçin bu sözləri Türkiyənin Kosovoya Bayraktar TB2 pilotsuz uçan aparatları tədarük etmək qərarı fonunda səsləndirilib.
"Türkiyə böyük bir ölkədir, Qərbi Balkanlarda mühüm siyasi və iqtisadi təsirə malik bir gücdür və biz Türkiyə ilə mümkün olan ən yaxşı münasibətə malik olmağımızı təmin etməliyik", -deyə Vuçeviç bildirib.
Vuçeviç onu da bildirib ki, tarixdə ilk dəfə KFOR-un (NATO Kosovo Qüvvələri) yeni komandanı türk general olacaq. NATO-nun son məlumatlarına görə, KFOR-un 4511 əsgərindən 780-i Türkiyədən, 679-u isə ABŞ-dandır və hesablamalar göstərir ki, KFOR-dakı türk hərbçilərinin sayı ilin sonuna qədər min nəfərə çata bilər.
Əziz Salamoğlu