Vuçiç NATO-dan Kosovodakı serbləri müdafiə etməyi xahiş edir
Serbiya prezidenti Aleksandar Vuçiç NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Alyansdan bölgədəki gərgin vəziyyətə görə Kosovonun şimalında yaşayan etnik serbləri müdafiə etməyi xahiş edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Serbiya prezidenti qeyd edib ki, Şimali Atlantika Alyansının baş katibi ilə Kosovonun şimalındakı gərgin vəziyyətlə bağlı müzakirələr aparıb.
"Biz NATO-dan xahiş etdik ki, Kosovonun şimalında nəzarəti öz əlinə alsın və layiqli həyatı təmin etsin. Stoltenberq hər şeyi dinlədi. Onun etirazları var idi. Mən ona vacib şeyləri bildirməyə çalışdım. Kosovodakı xalqımız üçün daha çox təhlükəsizlik tələb etdim", - deyə Vuçiç bildirib.
Əziz Mustafa
Digər xəbərlər