İş adamının ilan zəhəri ilə öldürüldüyü ortaya çıxdı
Hindistanın Uttarxand ştatında 5 nəfərin iş adamı Ankit Çauhanı öldürmək üçün kobra ilanından istifadə etdikləri məlum olub. Avtomobilində ölü tapılan Çaunanın daha əvvəl dəm qazından zəhərləndiyi güman edilirdi.
Hindustan Times-ın məlumatına görə, polis rəsmiləri iyulun 15-də Haldvani şəhərinin Teenpani rayonu yaxınlığında park edilmiş avtomobilində ölü tapılan 30 yaşlı iş adamı Ankit Çauhanın ölüm səbəbinin "ilan zəhəri" olduğunu açıqlayıblar.
Səlahiyyətlilər, 5 nəfərin Ankit Çauhanı kobra ilanından istifadə edərək öldürmək və qətli qəza kimi göstərmək ittihamı ilə həbs edildiyini, hadisədə iştirak edən digər dörd nəfərin isə qaçdığını bildirib.
Polis əməkdaşı Nainital Pankaj Bhatt verdiyi açıqlamada Çauhanın telefon zənglərinin araşdırıldığını və onun Mahi adlı qadınla əlaqə saxladığını öyrəndiklərini bildirib.
Mahinin Uttar Pradeş əyalətindən bir ilan təlimçisi ilə əlaqə saxladığını qeyd edən Bhatt, bu şəxsin nəzarətə alındığını bildirib.
Pankaj Bhatt bildirib ki, ilan təlimçisi sorğu-sual zamanı Mahinin dostu və iki köməkçisinin Chauhanın üzərinə kobra ataraq onu öldürməyə cəhd etdiyini etiraf edib.
İstintaqın ilk mərhələsində Çauhanın kilidli olduğu avtomobildə dəm qazından zəhərləndiyi düşünüldüyünü qeyd edən Bhatt hadisənin iyulun 14-də Çauhanın Mahinin evinə qonaq gəldiyi zaman baş verdiyini bildirib.
Bhatt, evdə olan digər dörd müttəhimin Çauhanı spirtli içki və ya buna bənzər bir maddə içərək huşunu itirməsinə səbəb olduğunu təxmin etdiklərini, kobranın onun üzərində qoyulduğunu və daha sonra Çauhanı avtomobilinə apardıqlarını söyləyiblər...
Murad Şahməmməd