Rusiya Odessa bölgəsinə hücum edib

Rusiya Odessa bölgəsinə hücum edib

24 İyul 2023 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 24-nə keçən gecə Rusiya hərbçiləri Odessa vilayətinə növbəti zərbə endiriblər.

Oxuməni.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının məlumatına görə, Dunayın liman infrastrukturu “Şahed-136” kamikadze pilotsuz təyyarələrinin dörd saatlıq hücumunun hədəfinə çevrilib. Ukrayna hava hücumundan müdafiə qüvvələri üç pilotsuz təyyarəni vurmağa müvəffəq olub.

Zərbələr nəticəsində taxıl olan anqar məhv edilib, digər yüklərin saxlanması üçün çənlər zədələnib. İstehsalat yerlərindən birində yanğın baş verib, yanğın dərhal söndürülüb.

Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper xəbər verir ki, hücum zamanı limanın 6 əməkdaşı yaralanıb. 4 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Əziz Mustafa