İtaliyada ekstremal hava şəraiti hökm sürür: Siciliyada meşə yanğınları, Milanda fırtına
Ölkənin cənubunda meşə yanğınları və şimalda şiddətli tufanlardan əziyyət çəkən İtaliyada ekstremal hava şəraiti hökm sürür. Ötən gün son 10 ilin ən çətin günü olub. Ən azı üç nəfər ölüb, onlarla insan yaralanıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
Xüsusilə qeyd olunur ki, meşə yanğınları Siciliyadakı Palermo hava limanının bağlanmasına səbəb olub, gecə fırtınasının Milanda damları qoparıb ağacları çıxarıb, yolları bağladığı və yerüstü nəqliyyatı pozduğu qeyd edilir.
Belə ki, Siciliyada temperatur +47 dərəcəyə yüksəlib. Anormal istilər səbəbindən meşə yanğınları başlayıb. Yanğın Palermo hava limanına yaxınlaşır, yanğınsöndürənlər onun qarşısını almağa çalışırlar. Hava limanının özü isə bağlanıb.
Əziz Mustafa