ABŞ hələ ki, ukraynalı pilotların F-16 təyyarələrində təlim keçməsinə icazə verməyib

ABŞ hələ ki, ukraynalı pilotların F-16 təyyarələrində təlim keçməsinə icazə verməyib

26 İyul 2023 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hələ ki, ukraynalı pilotların F-16 təyyarələrində təlim keçməsinə icazə verməyib. Qırıcı təyyarələr yaza qədər Ukraynaya çatmaya bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Xüsusilə, Vaşinqton hələlik uçuş simulyatorlarının və istismar təlimatlarının ötürülməsinə icazə verməyib. İndiyədək müvafiq akt imzalanmayıb, onsuz təlim planını tərtib etmək mümkün deyil.

Bir neçə plan var.

Onlardan birinə görə, ukraynalı pilotların Arizona ştatının Tuson şəhərindəki Milli Qvardiyanın 162-ci hava qanadına göndərilməsi nəzərdə tutulur. Lakin iki amerikalı və bir avropalı məmurun sözlərinə görə, bu ideya o qədər də bəyənilməyib.

Daha çox "lehinə" səs toplayan variant - amerikalı pilotlar tərəfindən aparılacaq Avropada (yəni Rumıniyada) təlim. Bu məqsədlər üçün artıq istefada olan hərbi pilotları işə götürməyə başlayırlar. Danimarkada daha bir təlim mərkəzi yaradıla bilər.

Qırıcıların çatdırılmasına gəlincə, onlar yaza qədər gəlməyəcək, ABŞ rəsmiləri proqnozlaşdırırlar. “Yəqin ki, biz ilin sonuna kimi bəzi pilotlara uçmağı öyrədəcəyik, lakin Ukrayna rənglərində əsl F-16-nın yazdan əvvəl görünməsi ehtimalı azdır”, - deyə Politico onlardan birinin sözlərindən sitat gətirib.

Xatırladaq ki, Blinken bundan əvvəl Ukraynanın bir neçə aydan sonra F-16 qırıcılarını alacağını bildirmişdi.

Əziz Mustafa