Çinli məmur rüşvət aldığı üçün ölüm cəzasına məhkum edilib
Çində məhkəmə Hançjou Kommunist Partiyasının elektron ticarət mərkəzinin keçmiş rəhbəri Zhou Jiangyonqa rüşvət verməkdə təqsirli bilinərək şərti ölüm hökmü çıxarıb. Rüşvətlərin ümumi məbləği təxminən 25 milyon dollar təşkil edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Bloomberq-in yaydığı məlumatda deyilir.
İstintaq məmurun korrupsiya sxemlərində iştirakını sübuta yetirə bilib. Çin mətbuatının yazdığına görə, o, şirkətlərdən və şəxslərdən pul alıb və bunun müqabilində torpaq məsələlərini həll edib, tikinti layihələrinin layihələndirilməsində köməklik edib.
O, 2001-ci ildən, hələ rayon Baş Prokurorluğunun müavini olduğu vaxtdan belə müqavilələr bağlayır. Ola bilər ki, siyasətçinin edam cəzası iki illik sınaq müddətindən sonra ömürlük həbslə əvəzlənsin. Bundan əlavə, Çjou Jiangyong siyasi hüquqlarından məhrum ediləcək, əmlakı isə tamamilə müsadirə olunacaq.
Əziz Mustafa