Qəzzada ölən fələstinlilərin sayı 20 minə çatıb

Qəzzada ölən fələstinlilərin sayı 20 minə çatıb

21 Dekabr 2023 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb mətbuatının bir neçə xəbərinə görə, Qəzza zolağına nəzarət edən "Həmas" qrupu 40-a yaxın israilli girovun azad edilməsi müqabilində İsrailin bir həftəlik atəşkəs təklifini rədd edib.

Oktyabrın 7-də "Həmas"-ın hücumlarından sonra İsrailin bölgəni bombalamağa başlamasından bəri Qəzza zolağında ən azı 20 min fələstinli həlak olub. Atəşkəs razılaşmasının qüvvədə olduğu yeddi gün istisna olmaqla, münaqişə başlayandan bəri hər gün orta hesabla 300-ə yaxın insan həlak olub. Bu məlumatları "Həmas"-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyi verib.
Davamlı beynəlxalq təzyiqlərə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs qətnaməsi ilə bağlı səsverməsi ABŞ-ın tələbi ilə yenidən təxirə salınıb.

Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanan qətnamənin əvvəlcə bazar ertəsi səsverməyə çıxarılması planlaşdırılırdı, lakin münaqişə başlayandan bəri ABŞ-ın üçüncü vetosundan yayınmaq üçün dəfələrlə təxirə salınıb.

İsrail ordusu "Həmas"-ın Qəzza zolağında istifadə etdiyi geniş tunellər şəbəkəsinin yeni görüntülərini yayıb. Sektorun cənubundakı Xan Yunis şəhərində gərgin döyüşlər gedir.
İsrailin baş naziri Benyamin Netanyahu bir daha bəyan edib ki, "Həmas" məhv edilənə qədər hərbi əməliyyatların dayandırılmayacaq .Netanyahu bildirib ki, “Həmas" terrorçularının hamısı ölü kimi bir şeydirlər . Onların yalnız iki yolu var, ya təslim olmaq, ya da ölmək”.
Humanitar yardım daşıyan bir neçə yük maşını Kerem Şalom və Rəfah keçidlərindən Qəzzaya daxil olublar.

Oxuməni.az