Çin ABŞ-ı bölgədə gərginliyi artırmaqda günahlandırıb
Çin ABŞ-ı bölgədə gərginliyi artırmaqda günahlandırıb.
Tayvan adası ətrafında gərginlik səncimək bilmir. Bu baxımdan ABŞ-ın Tayvana F-16 qırıcıları üçün ehtiyat hissələri göndərməsi Pekində əsəbiliklə qarşılanıb. Məsələ ilə bağlı Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq deyib ki, ordumuz ərazi bütövlüyümüzü qorumağa qadirdir. O, ABŞ-ın Çinin ayrılmaz hissəsi olan Tayvan rejiminə silah satmasını pisləyərək bunu Vaşinqtonun bölgədə gərginliyi artırması kimi dəyərləndirib.
Çjan Syaoqanq Çin ordusunun istənilən təcavüzə qarşı cavab verməyə hazır olduğunu və lazım gələcəyi təqdirdə ərazi bütövlüyünü qorumaq üçün qətiyyətli addımlar atacağı barədə ABŞ-a xəbərdarlıq edib.
Oxuməni.az
Digər xəbərlər