17 min hərbçinin iştirak edəcəyi "Təhlükəsiz Podlasie" əməliyyatı başlayacaq

17 min hərbçinin iştirak edəcəyi "Təhlükəsiz Podlasie" əməliyyatı başlayacaq

17 İyul 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Polşada avqustun 1-dən Belarusla sərhəddə təxminən 17 min hərbçinin iştirak edəcəyi "Təhlükəsiz Podlasie" əməliyyatı başlayacaq və əməliyyata 18-ci Mexanikləşdirilmiş Diviziya cavabdeh olacaq. Bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyak ilə keçirdiyi mətbuat konfransında Kosiniyak-Kamış, digər məsələlərlə yanaşı, Belarusla sərhəddə bufer zonasının tətbiqi qərarının müsbət təsir göstərdiyini və sərhədi keçidlərin azaldığını söyləyib.

Nazir həmçinin əmin edib ki, Polşa ordusunun əsgərlərini və Polşa sərhədini müdafiə edən zabitləri təhqir edən hər kəs məsuliyyətə cəlb olunacaq.

Oxuməni.az