İsrail Livanda hücuma hazır olduğunu elan edib

İsrail Livanda hücuma hazır olduğunu elan edib

18 İyul 16:17
Bəyəndim (0) Bəyənmədim (0)


İsrail istənilən vaxt Livanda hücuma keçə bilər. “Times of Israel” xəbər verir ki, bu fikri İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Ehtiyatda olan əsgərlərlə danışan Qalant, hazırda İDF-nin yalnız kiçik bir hissəsinin döyüşlərdə istifadə edildiyini, “amma cənubdakı əsas hücumdan şimaldakı əsas hücuma qədər hər şey bir saniyədə dəyişə bilər” deyə izah etdi.

Galant bildirib ki, Livan Hizbullah hərəkatının düşməncəsinə hərəkətləri nəticəsində bu, “tez, gözlənilmədən və çox kəskin şəkildə” baş verə bilər, lakin İsrail danışıqlara hazırdır.

İsrailin müdafiə naziri “Hizbullah”ı BMT qətnaməsinin tələbinə uyğun olaraq sərhəd xəttindən Litani çayından o tərəfə çəkilməyə çağırıb.

Bundan əvvəl, iyulun 15-nə keçən gecə İsrail artilleriyası Livanın cənubundakı Mərcayun şəhərində istilik elektrik stansiyasını (İES) atəşə tutub. Électricité du Liban enerji şirkətinin məlumatına görə, hücumdan sonra istilik elektrik stansiyası fəaliyyətini dayandırıb və obyektə düşən mərmilər ciddi ziyan vurub.

Livan işğalının dağıdıcı nəticələri barədə İsrailə daha əvvəl xəbərdarlıq edilmişdi.

Oxuməni.az