Banqladeşdə tələbə etirazları: onlarla ölü, yüzlərlə yaralı, televiziya stansiyası yanıb

Banqladeşdə tələbə etirazları: onlarla ölü, yüzlərlə yaralı, televiziya stansiyası yanıb

19 İyul 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeş səlahiyyətliləri ölkə daxilində yüksək təhlükə rejimi tətbiq ediblər. Demək olar ki, hər yerdə internet kəsilib, bəzi yerlərdə telefon xətləri işləmir.

BBC-nin məlumatına görə, belə tədbirlər bir neçə gündür davam edən tələbə etirazları ilə bağlıdır. Paytaxt Dəkkədə nümayişçilərlə polis arasında toqquşmalarda onlarla insan ölüb, yüzlərlə insan yaralanıb.

Cümə axşamı Dəkkədə BTV dövlət televiziyasının binası yanıb. Səlahiyyətlilər yanğının etirazçılar tərəfindən başladığını bildiriblər.

Televiziya şirkətinin rəsmi “Facebook” səhifəsində içəridə nədənsə çölə çıxa bilməyən insanların olması ilə bağlı mesaj yayılıb. BTV rəhbərliyi yanğınsöndürənlərdən kömək istəyir.

Banqladeşin informasiya naziri bildirib ki, yayımlar dayandırılıb və işçilərin əksəriyyəti binanı tərk edib.

Oxuməni.az