ABŞ Maduro ilə əlaqəsi olan 16 Venesuela rəsmisinə sanksiya tətbiq edib
ABŞ Venesuela prezidenti Nikolas Maduronun 16 müttəfiqinə qarşı sanksiya tətbiq edib. Bu, seçki saxtakarlığına və hökumətin müxalifətə qarşı repressiyalarına cavab idi.
ABŞ prezidenti Co Baydenin administrasiyası sanksiyaları cümə axşamı, sentyabrın 13-də elan edib. Bu, müxalifətdən prezidentliyə namizəd Edmundo Qonzalesin Maduro hökumətinin onun barəsində həbs qərarı verdikdən sonra İspaniyaya qaçmağa məcbur edilməsindən bir neçə gün sonraya təsadüf edir. Qeyd edək ki, ABŞ və bir sıra digər ölkələr müxalifət liderini iyulda keçirilən prezident seçkilərinin qalibi kimi tanıyır.
Qeyd olunur ki, sanksiyalara məruz qalanlar arasında Ali Məhkəmənin sədri Karisliya Rodriges, seçki şurasının direktoru Rosalda Gil və Milli Assambleyanın vitse-prezidenti Pedro İnfante də var. Siyahıya seçki ilə bağlı olan digər şəxslər, seçkidən sonra repressiyalarda ittiham olunan hərbi və kəşfiyyat rəsmiləri də daxildir.
Reuters yazır ki, Bayden administrasiyası Maduronu və onun tərəfdarlarını ədalətli demokratik seçkilər keçirmək vədlərini pozduqlarına görə cəzalandırmaq istəyir. Eyni zamanda Amerika Maduroya təzyiq edir ki, onu müxalifətlə danışıqlara başlamağa məcbur etsin.
Oxuməni.az