Qırğızıstan Ali Məhkəməsinin sədri istefa verib

Qırğızıstan Ali Məhkəməsinin sədri istefa verib

10 Oktyabr 2024 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekov istefa verib. Bu barədə TASS-a Respublika Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

“Hakimlər Şurasının iclasında Ali Məhkəmənin sədri Zamirbek Bazarbekovun öz xahişi ilə Ali Məhkəmənin sədri vəzifəsindən azad edilməsi və hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə vəsatətlərinə baxılıb və təmin edilib" - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Hakimlər Şurasının Bazarbekovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı qərarı ölkə prezidenti Sadır Japarova göndərilib və o, indi müvafiq fərmanı imzalamalıdır.

Bazarbekov oktyabrın 9-da öz xahişi ilə vaxtından əvvəl istefa vermək üçün ərizə verib. O, bu qərarının səbəblərini açıqlamayıb.

Oxuməni.az