Türkiyə gəmisində  dəhşətli yanğın, iki nəfər ölüb

Türkiyə gəmisində dəhşətli yanğın, iki nəfər ölüb

1 Noyabr 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Mərmərə dənizindəki Sedef adası sahillərində Yalovadan Bolqarıstana üzən "FG SEVIL" adlı 104 metr uzunluğunda quru yük gəmisinin maşın otağında yanğın baş verib.

News24.az xəbər verir ki, yanğına müdaxilə etmək üçün Sahil Polis qrupları sövq edilib. “KEGM-4” sürətli xilasetmə qayığı, “Xilasetmə 7” və “Şark” yedək gəmiləri gəmiyə yönəldilib.Yanğın yanğınsöndürmə qruplarının müdaxiləsi ilə nəzarətə götürülüb.Onu da qeyd edək ki, 17 personal və 8 tərsanə işçisinin çalışdığı gəmidə baş verən yanğında maşın otağında sıxılmış vəziyyətdə qalan fəhlələr Hüseyn Aydemir və Gökhan Kan həyatını itirib.

Prokurorluq məsələ ilə bağlı araşdırma başladıb.

Oxuməni.az