Ərdoğandan sərt mesaj :Bu xəttlər aşılanda, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq
Oxuməni.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib. O, Rusiya Prezidenti Vladimir Putinlə ötən gün baş tutan telefon danışığından da bəhs edib:
“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm, nəticəsi olacaq. Qırmızı xəttimizi də söylədik. Bu xəttlər aşılanda, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq.
Deyirlər ki, biz Suriyadan Azərbaycana qüvvələr göndəririk. İndi 2000 nəfərə yaxın PKK-lı Ermənistandan 600 dollar maaş alır. Putin dedi ki, mənim onlardan xəbərim yoxdur. Cavab verdim ki, mən sizə xəbər verirəm. “Bu PKK-lılar Suriyada fəaliyyət göstərirdi, Suriyadan gəlirlər” dedim. Cənab Putinin bunlara üz verəcəyini inanmıram. Lakin bunu Paşinyana mütləq deməlidir. Əks halda lazımi tədbirlər görüləcək”.
Oxuməni.az