Filippin Monqolustana humanitar yardım göstərəcək
Filippin hökuməti Monqolustana təbii fəlakət riskini azaltmaq və aradan qaldırmaq, həmçinin həkimlər, sosial işçilər və ingilis dili müəllimləri hazırlamaq üçün humanitar yardım göstərmək qərarına gəlib. Bu barədə Monqolustan xarici işlər naziri Batmunxin Batsetseq filippinli həmkarı Enrike Manalo ilə danışıqların yekunu üzrə bildirib.
"Danışıqlarımız zamanı bildirilib ki, Filippin hökuməti ölkəmizə humanitar yardım göstərmək barədə qərar qəbul edib. Mən hökumətin üzvü və Monqolustan Qızıl Xaç Cəmiyyətinin prezidenti kimi, dostlarımızın xoş niyyətinə görə səmimi təşəkkürümü bildirirəm. Filippin iqlim dəyişikliyinə həssas olan ölkələr kimi iki dövlətimiz iqlim dəyişikliyi ilə birgə mübarizə aparmağa və təbii fəlakət riskini azaltmağa davam edəcək”, - Monqolustan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Oxuməni.az