Təbiətin şıltaqlığı dünyaya milyard dollarlara başa gəlir
Son dönəmlərdə televiziyada yayımlanan xəbərlərin əksəriyyəti təbii fəlakət və onun verdiyi mənəvi-maddi ziyan haqqındadır. Araşdırma apardıq! Ortaya isə bu "əsər" çıxdı. Təbii fəlakətlərin maddi ziyanı bütün 2009-cu il ərzində 63 milyard dollar təşkil edib. 2010-cu ildə fəlakətlər 222 milyard dollar iz buraxıb. Ancaq yalnız 2012-ci ilin birinci rübündə 320 milyard dollarlıq bir rəqəmlə üz-üzə qalırıq. Hansı ki, bu rəqəmin əksər hissəsi Yaponiyanın boynuna düşür. Böyük Britaniyanın qeyri-hökumət təşkilatı "Oxfam"ın hesabatına görə, təbii fəlakətlərin sayı 1980-ci ildən bu yana nə az, nə çox, düz 3 dəfə artıb. O ki qaldı insan ölümünə, təbiət 2009-cu ildə 15 min insanın ölümünə imza atıbsa, 2010-cu ildə 325 min nəfər onun qurbanına çevrilib. Bundan başqa, son 10 il ərzində vulkan və zəlzələlərin sayı artıb. Hətta 2011-ci ilin ilk yarısında 60-dan artıq vulkan oyanıb. Dünyanın qarşısına qoyulan vulkan proqnozu ciddi həyəcan yarada bilər. Çünki bu proqnoz 100 ilin rekordunu qıra bilər.
Təbii fəlakətin fəsadları təbii qarşılanmalıdır.
Günel Həbib
O.M.


































.jpg)
.jpg)
.jpg)








.jpg)





































