Sevgilisinin adını üzünə döydürdü

Sevgilisinin adını üzünə döydürdü

6 Fevral 2013 12:40
Bəyəndim (0) Bəyənmədim (0)
O, Ruslanla cəmi 24 saat əvvəl tanış olmuşdu...

Moskvada yaşayan bir tatuajçı 24 saat öncə tanış olduğu qızın üzünə öz adını döyüb. Ruslan Toumaniantz internetdən tanış olduğu Lesya adlı qızın üzünə qeyri-adi döymə döyüb. Belə ki, bunu bir "bağlılıq" adlandıran və hallarından məmun olan cütlük qısa zaman ərzində evlənməyi düşünürlər.

Bu hadisə Ruslanın ilk "əl işi" deyil. Belə ki, 2009-cu ildə o, 18 yaşlı Kimberley Vlaeminckinin üzündə də "xariqələr" yaradıb. Qız gözünün yanında sadəcə üç ulduz döyməsi istədiyi halda yatdığı masadan qalxanda şoka düşüb. 3 rəqəmi 56 ilə əvəz olunub. Ancaq sonralar qız atasından qorxduğu üçün yalan söylədiyini və həqiqətən "56" rəqəmini özü sifariş verdiyini boynuna almışdı.

Günel Həbib

O.M.