Ermənilər Azərbaycanın əksinə nümayişə hazırlaşır - FRANSADA
Erməni lobbisi Azərbaycan əleyhinə təxribatçı fəaliyyətlərini davam etdirir.
Cəbhədə böyük məğlubiyyətə uğrayan ermənilər Fransada Azərbaycana qarşı nümayiş keçirməyə hazırlaşırlar. Məlumata görə, nümayişin aprelin 9-da Paris və Lion şəhərlərində keçirilməsi planlaşdırılır. Bununla bağlı sosial şəbəkələrdə səhifələr yaradılaraq ermənilərə çağırışlar edilir.
Xatırladaq ki, aprelin 2-dən başlayaraq Azərbaycan Ermənistan təmas xəttində gərginlik artıb. Ermənistanın həyata keçirdiyi təxribatçı hücumun qarşısı Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən uğurla alınıb. Düşmən ordusu böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan tərəfi bir sıra starteji əhəmiyyətli yüksəklikləri ələ keçirib. Hazırda Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir. (AzNews)
Mediainfo.az