![Donetskdə qızğın döyüşlər gedir](http://oxumeni.az/media/news/2014/10/photo_31530.jpg)
Donetskdə qızğın döyüşlər gedir
Donetsk hava limanında rus separatçıları ilə Ukrayna ordusu arasında gərgin döyüşlər gedir. Avropa.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Yuri Bryukov məlumat verib.
Onun dediyinə görə, gecə saatlarından başlanan atışma nəticəsində Ukrayna ordusunun 7 əsgəri ölüb, 9 nəfər isə yaralanıb.
Döyüşlər hələ də davam edir.
Mediainfo.az
Digər xəbərlər