Ayətullah: "Qarabağ azad olunacaq"
"Qarabağ Azərbaycanın qədim torpağıdır, inanıram ki, bu torpaq tez bir zamanda işğaldan azad olunacaq".
Report-un məlumatına görə, bunu İran İslam Respublikasının tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani deyib. O, qədim tarixə malik ölkədə - Azərbaycanda olmasından çox şad olduğunu qeyd edib:
"Azərbaycan Prezidenti İlham Əliyevə, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məni ölkəyə dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm".
Həmədani bildirib ki, İslam dini bərabərlik, həmrəylik dinidir: "Mən Azərbaycanda bu bərabərliyi, həmrəyliyi bir daha gördüm. İndiki dövrdə müsəlmanların vəhdəti əvvəlki dövrlərdən daha çox əhəmiyyət kəsb edir".
Mediainfo.az
Digər xəbərlər