Putinlə Roma papası görüşəcək
Roma Papası Françisin, Nyu-Yorkda BMT-nin Baş Assambleyasında iştirakı zamanı Rusiya prezdenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Bu barədə məlumat Vatikanın BMT-dəki nümayəndəsi Bernardito Auzu verib. O bildirib ki, bundan başqa papanın Pan Gi Munla görüşü gözlənilir.
Papa sessiyanın işində cəmi 2 saat yarım iştirak edəcək. Daha sonra Papa 11 Sentyabr faciəsi qurbanlarının abidəsini ziyarət etməyi planlaşdırır.
Qeyd edək ki, Roma papası Françis və Vladimir Putin 2015-ci il iyunun 10-da və 2013-cü ilin noyabrında Vatikanda görüşüblər.
Mediainfo.az
Digər xəbərlər