Rasim Lyayiç: "Azərbaycanla Serbiya arasında viza rejimi ləğv oluna bilər"

Rasim Lyayiç: "Azərbaycanla Serbiya arasında viza rejimi ləğv oluna bilər"

28 Sentyabr 2015 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Tərəflər Belqrad-Bakı aviareysinin açılmasına da müzakirə edib"

"Azərbaycan və Serbiya arasında vizasız gediş-gəliş mümkün ola bilər".

Apa- nın məlumatına görə, bunu Serbiyanın baş nazirinin müavini, turizm, ticarət və telekommunikasiya naziri Rasim Lyayiç bildirib.

R. Lyayiç bildirib ki, bu məsələ bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclasında müzakirə olunub: "Əsas təkliflər iki ölkə arasında biznes tərəfdaşlığının qurulması, Azərbaycan və Serbiya arasında viza rejiminin ləğvi, Belqrad-Bakı birbaşa aviareysinin açılması və infrastrukturun yaxşılaşdırılması, gediş-gəlişin asanlaşdırılması üçün bir sıra vacib məsələlərlə bağlı olub".

Mediainfo.az