
İlham Əliyev Vladimir Putinə başsağlığı məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, məktubda deyilir:
Hörmətli Vladimir Vladimiroviç,
Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 yanvar, 2019-cu il.
Digər xəbərlər