
Donald Tramp Türkiyəni hədələyib
ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə hədələyib.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Tramp Tvitterində yazıb ki, əgər ABŞ qoşunları Suriyadan çıxandan sonra Türkiyə kürdlərə (Tramp terror qruplaşması olan YPG-ni nəzərdə tutur) hücum etsə, onda bunu cavabsız qoymayacaq: " Əgər türklər kürdlərə hücum etsə, biz onda onları darmadağın edərik".
O eyni zamanda qeyd edib ki, kürdlər də Türkiyəni təxribata çəkməməlidirlər. ABŞ prezidenti belə hesab edir ki, Suriyada 20 millik (32 kilometr) bufer zonası yaradılmalıdır.
Digər xəbərlər