Deputatlar bu gün 21 məsələyə görə toplanır

Deputatlar bu gün 21 məsələyə görə toplanır

19 Noyabr 2019 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Oxumeni.az-ın məlumatına görə, parlamentin iclasının gündəliyinə 21 məsələ daxildir.

“Məhkəmə və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunlara dəyişiklik birinci oxunuşda deputatların müzakirəsinə təqdim ediləcək.

İnzibati Xətalar Məcəlləsinə, Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)