Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

12 Avqust 2020 12:01
Bəyəndim (3) Bəyənmədim (0)

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirlikdən Oxuməni.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Oxuməni.az