Ukraynada terror aktı hazırlayan rusiyalı diversant həbs edilib
Odessa vilayətinin sakini Rusiya Federasiyasının Təhlükəsizlik Xidmətinə işləməkdə şübhəli bilinərək saxlanılıb.
Oxuməni.az-ın rosbalt-a istinadən verdiyi xəbərə görə, Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) saytında bildirilir ki, ukraynalı may ayından etibarən hərbi obyektlər haqqında məlumatları Moskvaya verib. Sentyabrda ona "Roven vilayətində su təchizatını partlatmaq tapşırıldı".
SBU-nun iddiasına görə, FTX agenti obyektdə partlayıcı qurğunun quraşdırılmasından dərhal sonra saxlanılıb.
Oxuməni.az
Digər xəbərlər