Mətanət İsgəndərli: "Elzaya 5000 manat pul vermişəm"
Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahandan aldığı, qalmaqallı "Gözlərin" mahnısından danışıb.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, musiqisi Elza Seyidcahana, sözləri Ayşə Birgül Yılmaza məxsus olan bəstə artıq işıq üzü görüb: "Mahnını artıq radiolara təqdim etmişəm. "Gözlərin" ilə bağlı aramızda Elza ilə narazılıq oldu. O xoşlayır ki, işi tez-tez görsün. Elzaya da haqq verirəm, mahnılar bizim övladlarımızdır, ona qarşı ögey münasibət insanı incidir. Mahnının aranjemanında problem vardı, indi hər şey düzəlib. Mahnı üçün Elzaya 5000 manat ödəmişəm, halal xoşu olsun, hamısını vermişəm. Bütün qazancımı mahnılara verirəm. Mahnılarım klipi ilə 10 min manata başa gəlir".
Sənətçi toyların olmamasından da gileylənib: " İndi toyların sayı azalıb, qiymətlər aşağı düşüb. Ayda 3 toya gedəndə sevinirik. İmkanlılar da müğənniyə toy üçün istədikləri pulu vermirlər, kasıblarda da heç vaxt pul olmayıb. Mən kasıb müğənnisiyəm, imkanım çatdıqca toylarına gedirəm. Vergilər Nazirliyinin vergilərlə bağlı açıqlamasından sonra müğənnilərin getdiyi toyu gizlətdiyini deyirlər, lakin bu həqiqət deyil. Artıq toylar yoxdur, əvvəl ayda 20 toya gedirdiksə, indi 4 toyda çıxış edirik".
Mediainfo.az














































.jpg)
.jpg)
.jpg)













































