Rəşad Dağlının Vaqif adlı oğlu oldu

Rəşad Dağlının Vaqif adlı oğlu oldu

12 Dekabr 2011 20:48
Bəyəndim (0) Bəyənmədim (0)
Uşağın adı Yusif olmalı idi

Gənc və istedadlı meyxanaçı Rəşad Dağlı haqda yenilik əldə etmişik. Belə ki, aylar öncə internet səhifələrində toy məclisi işıqlanan meyxanaçı bu gün ata olub! Xətai rayonunda yerləşən "Prinetal" klinikasında dünyaya gələn körpənin adını ata nənəsi Tamilla xanım "Yusif" qoymaq istəyib. Sən demə, Tamilla xanım Yusif Peyğəmbərə həsr olunmuş filmdən çox təsirlənibmiş. Lakin son aylarda ailənin ümumi qərarı nəticəsində körpəyə qoyulacaq ad dəyişdirilib. Rəşadın atası Vaqif müəllimin dediyinə görə, oğlu ilə gəlini onun adını əbədiləşdirmək məqsədilə dünyaya gəlmiş oğlan uşağına "Vaqif" adını qoymaq niyyətindədirlər.

Meyxanaçıya gözaydınlığı verməkdən ötrü Rəşad Dağlı ilə telefon əlaqəsi yaratdıq. "Hazırda avtomobil idarə edirəm. Çox danışa bilmərəm. Qayda-qanunlara riayət etmək lazımdır. Yoldayam, klinikaya çatıram. Sonra ətraflı məlumat verərəm. Bircə onu deyə bilərəm ki, çox sevincliyəm, bu, həqiqətən də xoşbəxtçilik demək imiş. Uşaq da, anası da sağ-salamatdırlar. Çox güman ki, atamın adını qoyacağıq ona", - deyən meyxanaçının həqiqətən də sevincinin həddi-hüdudu yox idi.

"Oxu Məni" kollektivi olaraq meyxanaçıya, ailə üzvlərinə gözaydınlığı verir, "atalı-analı böyüsün, vətəninə xeyirli övlad olsun!" - deyirik.

Könül Aypara

O.M.