"Mənə dərdi-səri olan insanlar qulaq asır"

"Mənə dərdi-səri olan insanlar qulaq asır"

15 Fevral 2012 14:02
Bəyəndim (0) Bəyənmədim (0)
Klip rejissorlarını bəyənməyən Xatirə İslam müğənnilərdən heç kimi özünə rəqib bilmədi

Dedi-qodu artıq şou biznes kəlməsinin sinoniminə çevrilib. Bunu müğənni Xatirə İslamın sözlərindən də bilmək olar. Belə ki, İ.Xatirə Avropa radiosunda çıxışı zamanı ilk növbədə klip rejissorlarının və bəstəkarların bostanına daş atdı. O, incəsənətdə özünə rəqib tanımaq istəməyən simaları tənqid edərək dedi: "Mən sənətə gələndə müğənni az idi, indi çoxdur. Sənətə yeni gələn müğənnilər klip çəkdirir. Heç kim deyə bilməz ki, mən super rejissoram. Çoxdandır klip çəkdirmirəm. Klip artıq yadda qalmır. Hətta müğənnilərdən heç kim deyə bilməz ki, məndən yoxdur. Belə fikir ucuzlaşıb artıq".

Daha sonra bəstəkarlar və şairlərlə işbirliyinə toxunan müğənni sözlərinə əlavə etdi: "Bəstəkarlardan Gövhərin 10 mahnısını oxumuşam. Məndən çox onun mahnısını oxuyan olmayıb. Mənim üçün əsas mahnının sözləri önəmlidir. Sözlər yaxşı olanda mahnı məni tutur. Məsələn, "Can cana"nın sözü gör necə tutdu. Mən mahnı oxuyanda ürəkdən oxuyuram. Ansamblımda canavarlar var ki, çox vaxt yaxşı sözlər olan kimi mənə deyirlər. Vüqar Şiriyev adlı şair var, çox gözəl şeirlər yazır, ona müraciət edirəm. Onu mən kəşf etmişəm. Bütün gənclərə həmişə kömək etməyə hazıram. Elgizlə duetimiz də elə Vüqarın sözlərinə idi. Çox sevildi".

Sonda repertuarına toxunan müğənni çoxdandır sevmədiyini, ancaq sevildiyini vurğuladı: "Mən lirik mahnı oxuyuramsa, başqaları üçün oxuyuram, özüm ağlamıram. Mənə dərdi-səri olan insanlar qulaq asır. 1 ildir lirika oxumuram".

Ənənəmizə sadiq qalaraq, bu dəfə sizə Xatirə İslamla bağlı son məlumatları çatdırdıq. Onu da qeyd edək ki, İ.Xatirə 1 ay ərzində 11 kiloqram arıqlayıb.

Şou biznesin əttökən qalmaqalları Xatirə İslamı arıqlatsa da, görünür, bu qalmaqallara yenisi əlavə olunacaq...

Şəlalə Nəriman

O.M.