Çempionalar Liqası: “Beşiktaş” darmadağın oldu, “Milan” avrokuboklarla vidalaşdı

Çempionalar Liqası: “Beşiktaş” darmadağın oldu, “Milan” avrokuboklarla vidalaşdı

8 Dekabr 2021 08:41
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının qrup mərhələsində 6-cı turun daha 6 oyunu keçirilib.

Oxuməni.az xəbər verir ki, B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən "Liverpul" İtaliyada "Milan"la qarşılaşıb və görüş qonaqların qələbəsilə başa çatıb - 2:1. Qrupun digər matçında "Portu" evdə "Atletiko" (Madrid) klubuna uduzub. Bu nəticələrdən sonra Madrid klubu növbəti mərhələyə, "Portu" isə Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. "Milan" avrokuboklarla vidalaşıb.

C qrupunda "Beşiktaş" Almaniyada Dortmund "Borussiya"sına böyük hesabla uduzub. Qrupun digər görüşdə isə qrup qalibi olan Niderland "Ayaks"ı Portuqaliya "Sportinq"ini üstələyib.

D qrupunda "Real Madrid"i doğma meydanda İtaliya "İnter"lə qarşılaşıb. "Kral klubu" matçdan qalib ayrılaraq 1/8 finala qrup lideri kimi adlayıb. Digər oyunda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən "Şerif" Ukraynada Donetsk "Şaxtyor"u ilə heç-heçə edib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

PSJ (Fransa) - "Brügge" (Belçika) - 4:1

Qollar: Kilian Mbappe, 2; 7. Lionel Messi, 38; 76 (pen.) - Mats Rits, 68

"Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:1

Qollar: Dominik Soboslai, 24. Andre Silva, 71 - Riyad Mahrez, 71

Qırmızı vərəqə: Kayl Uoker, 83 ("Mançester Siti")

B qrupu

"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) - 1:2

Qollar: Fikayo Tomori, 29 - Məhəmməd Salah, 36. Divok Origi, 55

"Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:3

Qollar: Serjiu Oliveyra, 90+6 (pen.) - Antuan Qrizmann, 56. Anxel Korrea, 90. Rodriqo De Paul, 90+2

Qırmızı vərəqə: Yannik Karrasko, 67 ("Atletiko"), Vendell Borjes, 70. Aqustin Marçesin, 75 (hər ikisi "Portu")

C qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0

Qollar: Doniyell Malen, 29. Marko Roys, 45+2 (pen.); 53. Erlinq Holann, 68; 81

Qırmızı vərəqə: Velinton, 43 ("Beşiktaş")

"Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya) - 4:2

Qollar: Sebastyen Allye, 8 (pen.). Antoni, 42. David Neres, 58. Stiven Bergeys, 62 - Nunu Santuş, 22. Bruno Tabata, 78

D qrupu

"Real Madrid" (İspaniya) - "İnter" (İtaliya) - 2:0

Qollar: Toni Kroos, 17. Marko Asensio, 79

Qırmızı vərəqə: Nikola Barella, 64 ("İnter")

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova) - 1:1

Qollar: Fernando, 42 - Boban Nikolov, 90+3