Ronaldo Azərbaycanla oynamamaq üçün...

Ronaldo Azərbaycanla oynamamaq üçün...

23 Mart 2013 10:54
Bəyəndim (0) Bəyənmədim (0)
"O, ayağını qorumaq üçün çox da güclü olmayan komandalarla oyunu buraxır”

"Kriştiano Ronaldo Azərbaycanla oynamamaq üçün qəsdən sarı vərəqə alıb". Bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Rəşad Sadıqov "1news"-a müsahibəsində deyib. O, martın 26-da Portuqaliyaya qarşı Bakıda keçiriləcək oyun haqda danışıb. "Hesab etmirəm ki, Kriştiano Ronaldonun bu görüşdə iştirak etməməsi işimizi asanlaşdıracaq. Bir də mənə elə gəlir ki, Ronaldo qəsdən sarı vərəqə alıb ki, bizə qarşı oynamasın. Əgər siz diqqət yetirmisinizsə, o, ayağını qorumaq üçün çox da güclü olmayan komandalarla oyunu buraxır"- deyə futbolçu bildirib.

O.M.