200 saylı məktəbin üzlüyü sökülməyə başlayıb - FOTO

200 saylı məktəbin üzlüyü sökülməyə başlayıb - FOTO

29 May 2015 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda yerləşən, Milli Qəhrəman Gültəkin Əsgərovanın adını daşıyan 200 saylı məktəb-lisey kompleksinin üzlükləri sökülməyə başlayıb. İşlərə prezident İlham Əliyevin penoplas üzlüklü binaların üzlüklərinin sökülməsi barədə verdiyi qərardan sonra başlanılıb. Artıq bir neçə gündür ki, məktəbin ərazisinə giriş bağlanıb və fəhlələr kompleksə daxil olan 2 korpusun üzlüklərini sökür.

P.S. Sözügedən məktəb-lisey kompleksi 2012-ci ildə əsaslı təmir olunmuş və penoplas üzlüklərlə üzlənmişdi.

Hazırladı: Kamil Əmirli