Jurnalist cütlükdən sevindirici "cüt" xəbər!
Həmkarlarımızı təbrik edirik
Dünən - 07.07.15 tarixində Azərbaycan jurnalistikasında maraqlı hadisə baş verib. Belə ki, "Azərbaycan" qəzetinin müxbiri Elgün Mənsimov və "Kaspi" qəzetinin mədəniyyət yazarı, teatrşünas Xəyalə Rəisin həyatında çox önəmli gün olub. Jurnalist cütlüyün elə cüt balaları dünyaya göz açıb.
"Oksigen" klinikasında doğulan əkizlərdən biri qız, digəri isə oğlandır. Qızın çəkisi 2kq 900q, oğlanınkı isə 2kq 400q-dır. Ana və balalarının sağlamlığı normaldır, bir-iki günə hər üçü evə buraxılacaqlar.
"Oxu Məni" qəzetinin kollektivi və Mediainfo.az saytının əməkdaşları adından kolleqalarımızı təbrik edir, hər iki tərəfdən olan baba və nənələrinə gözaydınlığı veririk.
Hazırladı: Könül Aypara
Digər xəbərlər
































































































